Bu gün Bakıda satılan ən bahalı avtomobil – FOTO

Bu gün Bakıda satılan ən bahalı avtomobil – FOTO

Bu gün Bakıda satılan ən bahalı avtomobil – FOTO

Bakıda daha bir lüks avtomobil satışa çıxarılıb. Cars-az xəbər verir ki, turbo.az saytında “Mercedes-Maybach S-Class 500” markalı maşının satışı haqqında elan yerləşdirilib.

2015-ci il istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib. “Mercedes-Maybach S-Class 500” markalı avtomobili 8 silindirli, 4.7 litr həcmində, 456 at gücündə mühərrik (Twin-Turbo) ilə təchiz olunub. Avtomobil saatda 100 km/s-dək sürət yığmaq üçün cəmi 5 saniyə sərf edir.

Maşının maksimal sürəti saatda 250 kilometrdir.

Satışa çıxarılan “Mercedes-Maybach S-Class 500” markalı avtomobili 331 266 AZN-ə (315 500 dollar) başa gələcək.

Qeyd edək ki, “Mercedes-Maybach S-Class” öz sinifində ən prestijli avtomobillərdən biri hesab olunur. O avtomobil dəbdəbəsində, hətta ən təcrübəli tamaşaçı üçün, diqqət və hədsiz maraq mərkəzinə çevrilib.

Top