28.03.2016
Avtodünya
Benzema özünə təyyarə aldı
Madrid "Real"ının futbolçusu Kərim Benzema özünə təyyarə alıb. Piasport.az-ın məlumatına görə, bu barədə o, özünün "İnstagram" səhifəsində paylaşıb. "Gulfstream G200 Business Jet" təyyarəsini fransalı hücumçu 5 milyon dollara alıb.
Qeyd edək ki, Benzemanın Madrid klubundakı illik maaşı 5 milyon dollar təşkil edir.