Yarıçılpaq gəlin toya velosipeddə gəldi

Yarıçılpaq gəlin toya velosipeddə gəldi

Məşhur amerikalı müğənni Beyonsun bacısı öz toyuna yarıçılpaq və velosipedlə gəlib. Anspress-in məkumatına görə, müğənninin bacısı Solanj bu ayın 16-sı Yeni Orleanda Alan Ferqyusona ərə gedib. Toy mərasimi fransız rayonunda (French Quarter) baş tutub. Solanj və həyat yoldaşı öz toylarına velosipeddə gəliblər. 33 yaşlı müğənninin bacısı “Kenzo”dan həddən artıq açıq paltar seçdiyi üçün heç cür sinəsini gizlədə bilməyib.

Toy mərasimində Beyons özü, həyat yoldaşı Cey Z və onların qızı Blu Avi daxil olmaqla dəvət olunan yüz nəfərə yaxın insan iştirak edib.

Dostlarınla paylaş


Şərhlər


Top