Sığortalı avtomobillərin sayı açıqlandı - 965 022 müqavilə bağlanıb

Sığortalı avtomobillərin sayı açıqlandı - 965 022 müqavilə bağlanıb

Sığortalı avtomobillərin sayı açıqlandı - 965 022 müqavilə bağlanıb

2015-ci ildə Azərbaycanda avtomobillərin icbari sığortalanması üzrə 965 022 müqavilə bağlanıb.

Cars-az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib.

“Bunların 167 596-ı xarici ölkədə qeydiyyata alınmış və Azərbaycandan tranzit keçən avtomobillər təşkil edib. Sığorta müqavilələri üzrə 76,4 milyon manat sığorta haqqı toplanıb.

2014-cü il ilə müqayisədə avtomobillərin icbari sığortası üzrə müqavilələr 3,6%, toplanan sığorta haqlarının məbləği isə 8% artıb”, - deyə qurumdan qeyd edilib.

Xatırladaq ki, 2014-ci ildə avtomobillərin icari sığortası üzrə orta sığorta haqqı 76 manat, 2015-ci ildə isə orta sığorta haqqı 79 manat olub.

Dostlarınla paylaş


Şərhlər


Top