"Lada"lar bahalaşır

"Lada"lar bahalaşır

Rusiyanın “AvtoVAZ” şirkəti fevralın 15-dən etibarən "Lada" avtomobil modellərinin qiymətini artırır. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. Şirkət yeni "Vesta" və "Xray" modellərindən başqa, bütün avtomobillərinin qiymətlərini orta hesabla 5 faiz artırıb.

Qeyd edək ki, ötən il ərzində “AvtoVAZ” avtomobillərin qiymətlərini 4 dəfə artırıb. Son dəfə 3 faiz bahalaşma sentyabr ayında qeydə alınıb və "Lada Granta", "Lada Kalina", "Lada Largus" və "Lada 4x4" kimi modelləri əhatə edib.

Dostlarınla paylaş


Şərhlər


Top