07.02.2016
Avtobazar
Ödənişi vaxtında edə bilməyən vətəndaşların maşınları əlindən alınır
«KİA Optima», «Hyundai Sonata», «Hyundai Accent», «Chevrolet Aveo», «Dodge Durango» və digər model avtomobillər... Сars-az “marja”ya istinadən xəbər verir ki, devalvasiyadan sonra bankların kredit borcunu ödəyə bilməyənlərdən müsadirə etdikləri avtomobillər İnternet üzərindən satışa çıxardılıb. Facebook-da “Bank-Avtomobilləri” adlı səhifə vasitəsilə onlarla avtomobillər satışa qoyulub. Avtomobillər yalnız nağd qiymətə satılır.
Adıçəkilən səhifədən 2012-nin «Accent»-ini 10200 manata, 2011-in «Sonata»-sını 15 200 manata, 2012-nin «Hyundai İX 35-«ni 15500 manata, 2012-nin «Aveo»-sunu 8800 manata, 2012-nin «Rio»-sunu 9800 manata və s. əldə edə bilərsiniz.
Səhifəyə yaxın günlərdə daha çox sayda avtomobillərin çıxardılacağı bildirilir.