18.11.2015
Avtobazar
Nəqliyyat sektorunda yükdaşımalar 3 faiz ucuzlaşıb
Bu ilin oktyabr ayında Azərbaycanda boru kəməri nəqliyyatı ilə neftin nəql olunması qiyməti 8,5% azalıb. Bununla yanaşı, qazın nəql olunması qiyməti isə 0,1% artıb.
Cars-az Dövlət Statistika Komitəsinin xəbərinə əsasən bildirir ki, ötən ay dəmir yolu nəqliyyatı üzrə yükdaşıma qiymətləri 0,1% bahalaşıb. Dəniz, hava və avtomobil nəqliyyatı sahələrində isə yükdaşıma qiymətlərində dəyişiklik müşahidə olunmayıb.
Qeyd edilir ki, ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 2,6% ucuzlaşıb.