04.11.2015
Avtobazar
Modelə bənzəyən avtobus sürücüsü
Belarusda avtobus sürücüsü kimi çalışan Elena Budai 12 ildir ki, bu peşəyə sahibdir. “Qafqazinfo” xəbər verir ki, xanım sürücü onu qınayanlar barəsində danışıb. “İnsanlar mənə sarışın və manikürlü bir xanım olduğum üçün qəribə baxırlar. Bəzi sərnişinlər nə üçün bu peşəni seçdiyimi soruşurlar. Qadının peşəsi yemək bişirib, uşağa baxmaqdan ibarət olduğunu söyləyənlər var. Mən nə edim? Sərnişin daşıyan avtobusu sürməyi sevirəm”.