04.11.2015
Avtobazar
Məşhur futbolçu radara düşdü və...
"Mançester Siti"nin futbolçusu Yaya Ture polislər tərəfindən saxlanılıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, buna səbəb futbolçunun avtomobili ilə sürət həddini aşması olub. Saatda 200 km sürətlə hərəkət edən 32 yaşlı futbolçunun avtomobilinin qarşısını polislər kəsiblər. Hadisə yerində sürücülük vəsiqəsi əlindən alınan Turenin qeyri-müəyyən müddətə avtomobil sürməkdən məhrum ediləcəyi gözlənilir.