04.11.2015
Avtobazar
“Hyundai”larda nə problem var?
Cənubi Koreyanın avtomobil istehsalçısı - “Hyundai” şirkəti təhlükəsizlik kəmərlərindəki problem səbəbindən ABŞ və Kanadaya ixrac etdiyi təxminən 150 minə yaxın avtomobili geri çağırıb. Cars-az xəbər verir ki, bu barədə fins.az Rusiya mətbuatına istinadən xəbər verir. Avtokonsernin məlumatında deyilir ki, 2014-ci ildə buraxılmış “Sonata” modellərində kəmərlər nasazdır. Problem təhlükəsizlik kəmərlərinin bərkitmə qurğusunda aşkar edilib. Onları bağlamaq heç də həmişə mümkün olmur. Lakin şirkət bildirir ki, indiyədək müştərilərin heç biri buna görə xəsarət almayıb: “Göstərilmiş qüsur pulsuz aradan qaldırılacaq, bundan sonra avtomobillər sahiblərinə qaytarılacaq”.