04.11.2015
Avtobazar
Fransa “Volkswagen”ə qarşı
“Volkswagen”in qüsur aşkarlanmış dizel modellərindən 1 milyon ədədi Fransada satılıb. Xezerxeber.com “Bild” qəzetinə istinadən bildirir ki, Fransanın şimali “Villers-Cotterêts”də yerləşən “Volkswagen” satış mərkəzində faktla bağlı araşdırmaya başlanılıb.
Fransa hüquq-mühafizə orqanları “Volkswagen”ə qarşı hüquqi müstəvidə prosesi başlatdıqlarını və ətraflı araşdırma aparacaqlarını bildiriblər.