“Formula 1” yarışlarının təqvimi təsdiqləndi  

“Formula 1” yarışlarının təqvimi təsdiqləndi  

“Formula 1” yarışlarının təqvimi təsdiqləndi  

Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2015-ci ildə “Formula 1” üzrə keçiriləcək yarışların təqvimini təsdiqləyib. Cars-az xəbər verir ki, avtolent.az-ın FİA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıya ötən illərlə müqayisədə daha çox, 20 mərhələ daxil edilib. Mövsüm martın 15-də Melburn Qranprisi ilə başlayacaq.

Noyabrın 29-da Abu-Dabidə keçiriləcək formula yarışı isə 2015-ci ilə yekun vuracaq.

FİA-nın təsdiq etdiyi siyahını təqdim edirik:

13-15 mart - Avstraliya (Melburn)

27-29 mart - Malayziya (Sepanq)

10-12 aprel - Çin (Şanxay)

17-19 aprel - Bəhreyn (Sahir)

4-6 may - İspaniya (Barselona)

22-24 may - Monako (Monte-Karlo)

5-7 iyun - Kanada (Monreal)

19-21 iyun - Avstriya (Red Bull Rinq)

3-5 iyul - Böyük Britaniya (Silverstoun)

17-19 iyul - Almaniya (Nyurburqrinq)

24-26 iyul - Macarıstan (Budapeşt)

21-23 avqust - Belçika (Spa-Frankorşam)

4-6 sentyabr - İtaliya (Montsa)

18-20 sentyabr - Sinqapur (Sinqapur)

25-27 sentyabr - Yaponiya (Suzuka)

9-11 oktyabr - Rusiya (Soçi)

23-25 oktyabr - ABŞ (Ostin)

30 oktyabr - 1 noyabr - Meksika (Mexiko)

13-15 noyabr - Braziliya (İnterlaqos)

27-29 noyabr - Abu-Dabi, BƏƏ (Yas-Marina)

Dostlarınla paylaş


Şərhlər


Top