04.11.2015
Avtobazar
“Daewoo” “Evrobank”ı məhkəməyə verib
Koreya Respublikasının “Daewoo International Corporation” şirkətinin Azərbaycan nümayəndəliyi “Evrobank” ASC-ni məhkəməyə verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, şirkət borcun və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianın təmin olunmaması barədə qətnamə çıxarıb. Bundan sonra şirkət məhkəmə qərarından apellyasiya şikayəti verib.
Hazırda apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.