04.11.2015
Avtobazar
Bu avtomobilin qapısı nə yana, nə də yuxarı açılmır…
Amerikaının Kaliforniya ştatında istehsal olunan «Jatecch» markalı avtomobillərin qapı sistemində maraqlı yenilik edilib. Cars-az-ın məlumatına görə, bu avtomobilin qapısı nə yana, nə də yuxarı açılır. Yeni texnologiyada qapılar aşağı yığılır. Bəzi mütəxəssislər hesab edir ki, bu, mükəmməl yenilikdir. Lakin eyni zamanda, qeyd olunur ki, qapının lay açılması arxa oturacağın da görünməsinə səbəb olur ki, bu da narahatlıq yaradır. Bundan başqa, bu yenilik yağıntılı havada nə sürücülərə, nə də sərnişinlərə xoş olmayan hadisələr yaşada bilər.
Cars-az həmin avtomobilin videosunu təqdim edir.
Fidan