Məqalələr

  • 35 avtobus sürücüsünə - CƏZA

    «Nöqsanları görmək üşün reydi iş saatlarında aparmaq lazımdır» Bu gün paytaxtda avtobuslarda keçirilən reyd zamanı 35 sürücü cəzalandırılıb. Cars-az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli məlumat verib. V. İbrahimli qeyd edib ki, xətdən çıxarılan avtobusların bəziləri köhnə olub: “Bir neçəsi isə təzə olub, lakin onlarda Avropa Oyunları ilə əlaqədar avtobuslara vurulan reklam lövhələri cırılıb. Sürücülərin bir neçəsinin sənədi yerində olmayıb, bundan əlavə, üzütüklü olanlar, nəzərdə tutulmuş formanı geyinməyənlər də cəzalandırıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq protokol tərtib olunub. Cəriməni ödədikdən və qaydalara riayət etdikdən sonra xəttə buraxılacaqlar. Biz ay yarım əvvəl sahibkarlara xəbərdarlıq etmişdik ki, may ayının sonuna kimi avtobuslar yaxşı vəziyyətdə olsun. Amma bugünkü reyd zamanı bir neçə avtobusda bu xəbərdarlığa riayət edilmədiyi ortaya çıxdı”. Sərnişinlərin gündüz saatlarında reyd keçirilməsi ilə bağlı narazılığına gəlincə isə, V. İbrahimli qeyd edib ki, nöqsanları görmək üşün reydi iş saatlarında aparmaq lazımdır: “Məsələn, sürücü avtobusu harasa vurur, ya da ki qaydalara riayət etmir. Biz bunu qarajda görə bilmərik axı. Bunu iş prosesində etmək lazımdır”. Ardını oxu

  • Bakıda xüsusi dayanacaqlar ayrıldı

    Dayanacaqda eyni vaxtda 3 min avtomobil saxlamaq mümkündür Ardını oxu

  • Bu yol təmirə bağlandı

    Nəqliyyat Nazirliyi sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir Ardını oxu

Yaxşı eləyirsiz, amma düz eləmirsiz!

Yaxşı eləyirsiz, amma düz eləmirsiz!

İki gündən sonra rayon qeydiyyat nişanı olan avtomobillər paytaxt ərazisinə buraxılmayacaq Ardını oxu

“BMW 3.0 CSL Hommage” avtomobili təqdim edildi – FOTO

“BMW 3.0 CSL Hommage” avtomobili təqdim edildi – FOTO

Özəlliklərə, karbon lifli karkas və inteqrasiya edilmiş yanğın söndürmə sistemi daxildir Ardını oxu

Nobel prospektində hərəkət məhdudlaşdırılır

Nobel prospektində hərəkət məhdudlaşdırılır

"Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir Ardını oxu

Top