Məqalələr

İqtisadiyyat naziri "Formula-1"dən danışdı

İqtisadiyyat naziri "Formula-1"dən danışdı

"Azərbaycanda keçirilməsi ölkəyə uzunmüddətli investisiyalar cəlb edəcək" "Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda "Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir". "APA-Economics" xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, Azərbaycanda "Formula-1" yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərəcək, iqtisadiyyata öz töhfəsini verəcək: "Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər". Ardını oxu

Bakıda taksi sürücüsü qadın müştərinin alt paltarı ilə maraqlandı

Bakıda taksi sürücüsü qadın müştərinin alt paltarı ilə maraqlandı

Rəsul Rəsulov: "Taksi sürücüsü ondan “necə alt paltarı geyinirsiz?” soruşub" Bakıda fəaliyyət göstərən taksi xidmətlərindən biri ilə bağlı ittiham irəli sürülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə gənc fəal Rəsul Rəsulov sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, *8844 “City Taxi” xidmətində çalışan sürücü dostunu təhqir edib: “Dünən saat 23:12 radələrində qız dostumu evə yola salırdım, “City Taxi”yə müraciət elədim. Göndərdikləri taksi sürücüsü yolda qadınların alt paltarları barədə söhbət açıb və xanımdan “necə alt paltarı geyinirsiz?” soruşub. Hadisəylə bağlı sürücüyə zəng vurdum, ilk öncə inkar etsə də, sonradan boynuna almalı oldu. Eyni məsələnin başqa bir xanımın başına gələ biləcəyini şübhə etməyib, operatora şikayət etməyi borc bildim. Operator xanım belə də olmalıymış kimi hadisəni qəbul elədi. Şikayətimizə baxılmaması isə “City Taxi”nin məsuliyyətsiz bir şirkət olduğunu göstərir”. Ardını oxu

Bakıda "avtoş" yol polisini vurdu – Sürücü qaçıb

Bakıda "avtoş" yol polisini vurdu – Sürücü qaçıb

"Saxla" əmrinə tabe olmayan “Daewoo” polisi vuraraq ərazidən uzaqlaşıb Ardını oxu

Top