Məqalələr

  • "Kamaz"la minik avtomobili toqquşdu; yol kənarındakı piyada öldü

    Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır Ardını oxu

  • Qərb rayonlarına tez-tez səfər edənlərə xoş xəbər

    Yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8.4 və 38-145-ci kilometrlik hissələrində aparılıb Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidənqurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir. Cars-az xəbər verir ki, bu barədə "Azəryolservis"-in mətbuat xidmətindən məlumat verilib. Yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8.4 və 38-145-ci kilometrlik hissələrində aparılıb. Əsaslı şəkildə yenidən qurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7.5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni bir az dalaraq 10.5 metr təşkil edir. Layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri, demək olar ki, tam icra olunub. Cəmi 8 min kvadrat metr ərazinin asfaltlanması qalıb ki, bu işlər də yaxın günlərdə yekunlaşdırılacaq. Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliklərinin nəzarəti altında ümumilikdə indiyə qədər əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 263 ədəd suötürücü boru qoyulub, 16 min poqon-metr əyrixətli tirdən 15 min metri quraşdırılıb, qurulmalı olan 41 avtobus dayanacağından 27-i artıq hazırdır, yanaşma yolları üzrə 53 yol birləşməsindən 49-u tam hazır vəziyyətə gətirilib. Bundan başqa, Muğanlı-Yevlax avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yol boyu 6 mövcud körpüdən 5-i sökülərək yenidən tikilməli,  biri isə əsaslı təmir edilməli idi. Artıq həmin körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən layihənin bu günə olan fiziki tərəqqisi 96 faiz təşkil edir.  Ardını oxu

  • İki qatar relsdən çıxdı: 30 ölü, 100 yaralı

    Hadisənin dəqiq səbəbləri məlum deyil Ardını oxu

  • Bu yol dünyaca məşhurlaşdı

    Uzunluğu 804,7 km olan NC500 şossesi indi turistlər arasında çox populyardır Ardını oxu

Xodda maşını Nabrana sür, amma belə lazım deyildi

Xodda maşını Nabrana sür, amma belə lazım deyildi

Xaçmaz rayonunda iki maşın toqquşub, xəsarət alanlar var Dünən axşam saatlarında Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb.1980-ci il təvəllüdlü Qusar rayon sakini Zamir Mürsəlovun idarə etdiyi “VAZ 21099” markalı nəqliyyat vasitəsilə 1982-ci il təvəllüdlü Xudat şəhər sakini Samir Şirinovun idarə etdiyi  “Chevrolet” markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü və “Chevrolet”-in sərnişini Sevil Şükürova müxtəlif bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Şirinov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, digər iki nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Ardını oxu

Avtobusda meymun adam oldu, bəzi adamlar düzəlmədi

Avtobusda meymun adam oldu, bəzi adamlar düzəlmədi

Meymun dərhal ayağa qalxaraq yerini avtobusa minən yaşlı qadına verib Ardını oxu

Avtomobildə çəkələk problemi – Söhbət uzanır

Avtomobildə çəkələk problemi – Söhbət uzanır

Açıq yay başmaqlarında avtomobil idarə edənlərin cəzalandırılması gündəmə gəlib Ardını oxu

Harada ötmə qadağandırsa orada ötürlər – Bizim "ağıllı" sürücülər

Harada ötmə qadağandırsa orada ötürlər – Bizim "ağıllı" sürücülər

Yay aylarında baş verən qəzaların əksəriyyəti ötmə-manevr qaydalarının pozulması ilə bağlıdır Ardını oxu

Top