-
Yeni nəqliyyat vergisi tətbiq ediləcək
Plana əsasən, yeni vergi sistemi 2016-cı ildən tətbiq olunmağa başlayacaq Almaniya Bundestaqının aşağı palatası yeni yol vergisinin (federal yollar və avtobanlara görə gediş haqları) tətbiqi planını təsdiq edib. Həmin sənəd xarici avtomobil sürücülərinə diskriminasiya xarakteri daşıdığına görə dəfələrlə sərt tənqidə məruz qalıb. Plana əsasən, yeni vergi sistemi 2016-cı ildən tətbiq olunmağa başlayacaq. Sürücülər vergini 10 günlük, 2 aylıq və ya 1 illik ödəyə bilərlər və bunun üçün ödənişi təsdiq edən qəbz almalıdırlar. Belə ki, 10 günlük və 2 aylıq gediş haqqı müvafiq olaraq 10 və 20 avroya başa gələcək. Bir illik vergi isə avtomobilin mühərrikinin həcmindən və karbon tullantılarından asılı olaraq maksimum 130 avro təşkil edəcək. Vergi bütün avtomobillərə tətbiq olunacaq. Lakin mövcud qanunvericiliyə görə, yerli sürücülər üçün müəyyən güzəştlər nəzərdə tutulduğundan onlar nisbətən az vergi ödəyəcəklər. Almaniya hökuməti yeni vergidən il ərzində təxminən 500 milyon avro gəlir gözləyir və bu vəsaitlərin avtomobil yollarının saxlanılmasına yönəldiləcəyini bəyan edib. Ardını oxu
-
Sərnişin avtobus sürücüsünü belə döydü
Sərnişin hərəkətdə olan avtobusun sürücüsünə hücum edib ABŞ-da bir sərnişin hərəkətdə olan avtobusun sürücüsünə hücum edib. Digər sərnişinlərin köməyi ilə onları sakitləşdirmək mümkün olub. Həmin anlar avtobusun təhlükəsizlik kamerasına saniyə saniyə əks olundu. Cars-az ucnoqta.az-a istinadən sözügedən videonu təqdim edir: Ardını oxu
-
Payız havası davam edir
Azərbaycanın bəzi bölgələrində sabah axşam saatlarında şimşək çaxacaq, arabir yağış yağacaq Ardını oxu
-
Göygöldə Türkiyə vətəndaşı qəzada öldü
Göygöl rayonu ərazisində ağır yol nəqliyyat qəzası baş verib Ardını oxu
Azərbaycanda avtomobillərin kəskin ucuzlaşması başladı
Yeni qiymətlərlə tanış olun Ardını oxu
“Toyota” partlayışdan sonra fəaliyyətini bərpa edib
Burada hər il 440 min avtomobil istehsal olunur Ardını oxu
“Kamaz”la “Mercedes” toqquşdu - 2 ölü
Hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub Ardını oxu
İki yol qəzasında 47 nəfər öldü
İstern Keyp əyalətində bir-birinin ardınca iki ağır yol-nəqliyyat hadisəsi baş verib Avqustun 29-da Cənubi Afrika Respublikasında (CAR), İstern Keyp əyalətində bir-birinin ardınca iki ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 47 nəfər həyatını itirib. Məlumata əsasən, əvvəl sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 4-ü uşaq olmaqla 35 nəfər ölüb. Bir qədər sonra isə mikroavtobus qəza törədib, 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Polis qəzaların başvermə səbəblərini araşdırır. Ardını oxu