-
İcra başçısının bacısı qəzaya düşdü - Bakıya vertolyotla gətirildi
Gömrük Hospitalına yerləşdirilən qadının vəziyyəti kritik qiymətləndirilir Ardını oxu
-
Polislər bulvarda bu elektromobillərdə xidmət aparacaq
Post Patrul Xidməti əməkdaşları üçün yeni elektromobillər gətirilib Ardını oxu
-
Daxili işlər nazirinin birinci müavini vəzifəsi yaradıldı
Prezident İlham Əliyev fərman imzalayıb Ardını oxu
-
Azərbaycanda yay-qış vaxtına keçid ləğv oluna bilər
AMEA Prezident Administrasiyasına təklif göndərəcək Ardını oxu
Sərnişinlərin diqqətinə! - Bayramla əlaqədar nəqliyyatda dəyişiklik
Sərnişinlər biletləri 10 gün əvvəldən online yolla və həmçinin səfərə çıxmazdan əvvəl kassadan əldə edə bilərlər Novruz Bayramı ilə əlaqədar Azərbaycan Dəmir Yollarında növbəli iş rejimi tətbiq ediləcək. Сars-az xəbər verir ki, istirahət günlərində sərnişin sıxlığının yaranmaması üçün əlavə 20 vaqon hazır vəziyyətə gətirilir. Vaqonlar sərnişinlərin sayına uyğun olaraq artırılıb-azaldıla bilər. Sərnişinlər biletləri istənilən vaxt 10 gün əvvəldən online formada ala bilərlər. İstirahət günlərində Azərbaycan Dəmir Yolları ilə bərabər Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejiminə keçir.Bakı Beynəlxalq Avtovağzalı martın 15-dən etibarən tətil günlərinin sonuna qədər iş qrafikində dəyişiklik ediləcək. Bayram günlərində sərnişinlərin sayı artdığı üçün xəttə 700 avtobus buraxılacaq. 200-250 avtobus isə ehtiyat üçün saxlanılacaq. Hər il olduğu kimi şimal rayonları və Naxçıvan Muxtar Respublikası istiqamətində sərnişinlərin daha çox olacağı gözlənilir. Sərnişinlər biletləri 10 gün əvvəldən online yolla və həmçinin səfərə çıxmazdan əvvəl kassadan əldə edə bilərlər. Ardını oxu
“Baku Bus” ödəmə terminallarının az olması məsələsinə aydınlıq gətirdi
"Onların aparatlarının yerləşdirilməsi bizim tərəfimizdən həyata keçilmir" Paytaxt yollarında hərəkət edən “Baku Bus”-a məxsus avtobuslarda ödəniş kart vasitəsilə aparılır. Avtobus dayanacaqlarının hamısında bu terminalların olmaması bəzən problem yaradır. Сars-az xəbər verir ki, bu barədə “Baku Bus”–a məxsus ödəmə terminallarının dayanacaqların hamısında olmaması ilə bağlı şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova atv.az-ın sorğusuna cavabında bildirib ki, bu, “Bakı Kart” vasitəsilə həyata keçirilən xidmətdir: “Biz “Baku Bus” olaraq həmin şirkətdən xidmət alırıq. Onların aparatlarının yerləşdirilməsi bizim tərəfimizdən həyata keçilmir. Ancaq “Baku Bus”-a məxsus trayektoriya üzrə 80 faiz dayanacaqda aparat mövcuddur. Bir məsələ də var ki, dünyanın heç bir ölkəsində kart aparaları bütün dayanacaqlarda quraşdırılmır. Bu aparat kifayət qədər məsrəflidir və sərnişin artıq evdən çıxdığı zaman müəyyən məbləği öz xərclərinə uyğun cibinə nağd şəkildə qoyduğu kimi, karta da müvafiq məbləği yetərli şəkildə yükləsə bu problem yaşanmaz deyə düşünürəm”. Ardını oxu
Vəkilə "0" manat cərimə gəldi - DYP-dən açıqlama – FOTO
"Şəxsi kabinetin olması yol polisini kağız daşıyıcıda protokolu rəsmi qaydada göndərmək vəzifəsindən azad etmir” Ardını oxu