Məqalələr

  • Hərbi maşın qəzaya uğradı: 13 yaralı

    Əsgərlərdən birini vəziyyətinin ağır olduğu bildirilir Türkiyənin Şırnak vilayətində zirehli hərbi avtomobil qəzaya uğrayıb. Cars-az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 13 əsgər yaralanıb. Xəsarət alan hərbiçilər helikopterlə Şırnak Hərbi Hospitalına çatdırılıb. Əsgərlərdən birini vəziyyətinin ağır olduğu bildirilir. Qəza ötən gün saat 21.30 radələrində baş verib. "Kirpi" adı verilən zirehli avtomobilin sürücüsü sükana nəzarəti itirib. Nəzarətdən çıxan hərbi maşın aşıb.  Ardını oxu

  • Əhaliyə MÜRACİƏT: Yola çıxmayın!

    "Piyadalar dəmir yollarını yalnız müəyyən edilmiş yerlərdən keçməlidirlər" Ardını oxu

  • Futbolçuların avtobusu daşa basılıb

    Avtobusun şüşələri qırılıb Futbol üzrə AVRO-2016-nın seçmə qrup matçı üçün Albaniyaya gələn Serbiya yığmasının avtobusu daşa basılıb. Cars-az xəbər verir ki, hadisə paytaxtTiranadakı otelə gedən yolda baş verib. Serbiya Futbol Federasiyasının vise-prezidenti Savo Miloşeviç bildirib ki, avtobusun şüşəsi qırılsa da, heç kimə zərər dəyməyib: "Lakin futbolçular albaniyalı azarkeşlərin hərəkətindən şoka düşüblər". Hadisə ilə bağlı Serbiya Xarici işlər Nazirliyi Albaniyanın Belqraddakı səfiri İlir Boçkanı nota təqdim etmək üçün çağırsa da, rədd cavabı alıb. İ.Boçka heç nəyin baş vermədiyini bildirib. Bu gün Serbiya millisi Tiranadan oyunun keçiriləcəyi Elbasan şəhərinə yola düşəcək. Avtobusu polis avtomobilləri müşayiət edəcək. Oyun isə Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Qeyd edək ki, ötən il oktyabrın 14-də Belqradda keçirilmiş Serbiya - Albaniya matçı ilk yarının sonlarında stadion üzərində "Böyük Albaniya" bayrağı bağlanan pilotsuz aparatın peyda olmasından sonra dayandırılıb. Meydançaya enən bayrağı serbiyalı futbolçulardan biri dartıb atmaq istərkən, albaniyalılar müdaxilə edib. Bu zaman iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. UEFA Albaniya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib, Serbiya yığmasının aktivindən 3 xal silinib və növbəti 2 ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib. Ardını oxu

Sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu dağılacaq

Sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu dağılacaq

"Böyük ehtimalla, orada yarğan sökülüb, ərazidə bərkitmə işləri aparılacaq" Ardını oxu

Bakının giriş qapısında xaos

Bakının giriş qapısında xaos

Tıxacın səbəbi Bakı Beynəxlaq Avtovağzalının qarşısında yolun çökməsidir Ardını oxu

Sumqayıt avtomobilləri Abşeron rayonuna niyə buraxılmır?

Sumqayıt avtomobilləri Abşeron rayonuna niyə buraxılmır?

"Əgər belə bir problem olarsa vətəndaşlar Baş Dövlət Yol Polisİdarəsinə şikayət etməlidirlər" Sumqayıt qeydiyyatlı vətəndaşlar Abşeron rayonunda avtomobil ilə rahat şəkildə hərəkət edə bilmirlər. Cars-az xəbər verir ki, bu barədə vətəndaşlar baku.ws-ə şikayətlərində bildiriblər. Sakinlərin sözlərinə görə, 99 nömrə nişanlı avtomobil ilə Sumqayıtdan Novxanı, Saray, Sədərək istiqamətinə gedə bilmirlər. Yol polisi avtomobillərin Bakıya girişinin qadağan olduğunu əsas gətirərək onları saxlayır. Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran verdiyi məlumata görə, onlara belə bir şikayət daxil olmayıb. "Əgər belə bir problem olarsa vətəndaşlar Baş Dövlət Yol Polisİdarəsinə şikayət etməlidirlər. Şikayət əsasında araşdırma aparılacaq. Ümumiyyətlə Sumqayıt sakinlərinin avtomobillərilə Abşeron rayonu ərazisində rahat şəkildə hərəkət edə bilər”, - deyə Kamran Əliyev bildirib. Ardını oxu

Taksidə sərnişin digər sərnişini bıçaqladı

Taksidə sərnişin digər sərnişini bıçaqladı

Yolda Məftun İmanquliyevlə digər sərnişin arasında mübahisə yaranıb Ardını oxu

Top