-
Qəzadan qan donduran görüntülər – 18 +
Mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb Ardını oxu
-
«Protiv» gedib piyadanı öldürən avtobus sürücüsü tutuldu – FOTO
Elçin Nəsirov: «Sahibkarlara daha ağır cəzalar verilməlidir!» Bakıda «Dərnəgül yolu» kimi tanınan Ziya Bünyadov prospektində dəhşətli qəza törədən avtobus sürücüsü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Cars-az-ın məlumatına görə, hazırda hadisənin başvermə səbəbləri dəqiqləşdirilir. İlkin ehtimala görə, təxminən 50-60 yaşlı arasında olan kişi səkidə dayanıbmış. O, yolu keçərkən soldan gələn maşınlara diqqət edirmiş. Bu zaman yolu «protiv» gələn 82 nömrəli avtobusu görməyən piyada faciə ilə üzləşib. Avtobus onun ayağını vurub. Kişi zərbənin təsirindən avtobusun təkərinin altına düşüb. Onun meyidi uzun müddət avtobusun təkəri altından çıxarıla bilməyib. Avtobusun qanlı təkərləri isə asfalt üzərində iz qoyaraq görənləri dəhşətə gətirib. Məsələ ilə əlaqədar Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdiri Elçin Nəsirov anspress-ə bildirib ki, hazırda hadisə ciddi şəkildə araşdırılır. Qurum rəsmisinin sözlərinə görə, qəza törədən 82 saylı avtobusun sahibkarı ciddi şəkildə cəzalandırılacaq. “Çox güman ki, avtobus xətti sahibkarın əlindən alınacaq. Əgər kimsə avtobus işlədə bilmirsə, getsin başqa işlə məşğul olsun. İnsanların həyatı bahasına pul qazanmaq olmaz! Bundan sonra qəza törədən avtobusun sürücüləri ilə yanaşı sahibkarlar da ciddi şəkildə cəzalandırılacaq. Sahibkarlara daha ağır cəzalar verilməlidir!”, - deyə Elçin Nəsirov bildirib. Ardını oxu
-
Pornoulduz TIR maşını ilə turneyə çıxır – FOTO
Rebekka Mor TIR-da təşkil olunan aksiyada İngiltərəni dolaşaraq sekslə məşğul olacaq Ardını oxu
-
Yük maşını 85 yaşlı qadını vurub
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1929-cu il təvəllüdlü Verdiyeva Zəhra Ələkbər qızı yolu keçərkən sürətlə hərəkət edən “SHACMAN” markalı yük maşını onu vurub. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. 85 yaşlı qadın aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücünün tapılması üçün hazırda polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Ardını oxu
Bu dəhşətli qəzadan sonra yağışlı havada diqqətli olun
Yağmurlu havada yollar sürüşkən olur, tormoz vaxtı sürüşmə qaçılmazdır Ardını oxu
Yol polisi küçədə rəqs etdi
O, rəqs etməklə tıxacda ilişib qalan sürücüləri darıxmağa qoymur Ardını oxu
90 MP 090 Bakını dağıdır; nömrə isə DYP-də mövcud deyil – ŞOK OLAY
«Avtoş»luq videolarını sosial şəbəkələrdə yayan şəxs DYP-nin sistemində mövcud olmayan bu nömrəni 4 maşının üstünə bağlayıb Ardını oxu
Futbolçumuz maşını 200-lə sürüb internetdə yaydı – FOTO
Vurğun Fərəczadə kilometrlik yolu 45 dəqiqəyə gedib “Kəpəz”də icarə əsasında çıxış edən “Neftçi”nin futbolçusu Vurğun Fərəczadə Qubadan Bakıya qədər olan məsafəni maşınla 45 dəqiqəyə qət edib. Cars-az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, bu barədə 21 yaşlı futbolçunun özü sosial şəbəkədə qeyd edib. O bildirib ki, avtomobilini saatda 190-200 km sürətlə idarə edib. Bunun nəticəsində də 168 kilometrlik məsafəni 45 dəqiqəyə qət edib. Maraqlıdır ki, 2013-cü ildə avtomobili ilə 2 nəfəri vuran və 1 nəfərin ölümünə səbəb olan "Neftçi"nin digər futbolçusu Araz Abdullayev sosial şəbəkədə Vurğuna maşını sürətli idarə etməməyi məsləhət görüb. Ardını oxu