-
DYP piyadalara görə narahatdır: 10 günə 11 ölü
“Onlar intizamsız hərəkət iştirakçılarıdır” Bu ilin fevral ayının 1-dən 11-dək respublikada 97 yol qəzası qeydə alınıb. Nəticədə 27 nəfər ölüb, 131 nəfər yaralanıb. Bunlardan 35 hadisə piyadaların vurulması ilə bağlı olub. Cars-az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, fevral ayının 1-dən 11-dək 35 piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 11 nəfər ölüb, 30 nəfər yaralanıb. K.Əliyev eyni zamanda əlavə edib ki, piyadalarla bağlı baş verən yol qəzalarının çoxluğu onların intizamsız hərəkət iştirakçıları olduğunu göstərir. “Piyadalar həyatlarını təhlükə altında qoymamalı, onlar üçün müəyyən edilmiş keçidlərdən keçməli, işıqforun onların hərəkətinə icazə verən işığının yanmasını gözləməli, özlərini hərəkətdə olan avtomobillərin qabağına atmamalıdırlar. Ölkədə qeydə alınan yol qəzalarının və ölüm hallarının əksəriyyətinin piyadaların vurulması ilə bağlı olması ciddi narahatlıq doğurur”. Ardını oxu
-
Sürücülərə müraciət olundu
Səbəb havaların soyuması ilə əlaqədar sürücülərin yollarda diqqətli olmasıdır Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) havaların soyuması ilə əlaqədar olaraq sürücülərə müraciət edib. Cars-az xəbər verir ki, bu barədə BDYPİ-nin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev apa-ya açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar sürücülərin yollarda diqqətli olması xahiş olunur. Kamran Əliyev, həmçinin sürücülərə xüsusilə qar yağacağı təqdirdə mövsümi təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirməyi və s. lazımi avadanlıqların olmasını təmin etməyi, ara məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı tövsiyə edib. Qeyd edək ki, sabahdan respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, rayonlara qar yağacağı proqnozlaşdırılır. Ardını oxu
-
Dəhşət! Maşın cəsədi 5 km sürüklədi
Maşınının altında cəsəd olduğunu öyrənən sürücü şoka düşüb Ardını oxu
-
Qəza törədən sürücülər dalaşdı
Qəza nəticəsidə 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb Ardını oxu
Bakıda böyük tıxac
Sürücüləri alternativ yoldan istifadə etmək tövsiyyə edilir Ardını oxu
Yol polisinin əməliyyatı qəzaya səbəb oldu
Təqib zamanı yük maşını dərəyə yuvarlanıb Ardını oxu
Qaradağda dəhşətli qəza; 20-dən çox yaralı var
"Ford" və "Mersedes" markalı mikroavtobuslar toqquşub Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Cars-az-a verdiyi məlumata görə, "Mersedes" və "Ford" markalı mikroavtobusların toqquşması nəticəsində 20-dən çox sərnişin yaralanıb. Yaralılar 10-a yaxın təcili yardım maşını ilə müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Ardını oxu