Bakıda qeyri-qanuni parklama halları azalır

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameralarının quraşdırıldığı əsas küçə və prospektlərdə qeyri-qanuni parklama hallarında ötən illə müqayisədə azalma müşahidə olunur. Cars-az xəbər verir ki, NİİM-in baş direktoru Elnur Abdullayev AzərTAc-a müsahibəsində bildirib ki, buna misal kimi, Bülbül prospektini və Üzeyir Hacıbəyov küçəsini göstərmək olar. Əgər 2013-cü ildə Bülbül prospektində qanunsuz parketmə ilə bağlı 9348 avtomobil qeydə alınmışdısa, 2014-cü ildə onların sayı 1473 olub. Üzeyir Hacıbəyov küçəsində isə qeyri-qanuni parklama halları 2708-dən 1263-ə enib. E.Abdullayev qeyd edib ki, parklamanın düzgün təmin olunması əsas məsələlərdəndir. Bununla əlaqədar qaydalar və qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər müvafiq qurumlara təqdim olunub. Həmçinin qeydə alınmış qeyri-qanuni parklama ilə bağlı faktlar Daxili İşlər Nazirliyinin aidiyyəti strukturlarına da göndərilir.

Dostlarınla paylaş