Bakıda avtobus aşıb insanlara ŞOK yaşatdı – YENİ VİDEO

Bakıda avtobus aşıb insanlara ŞOK yaşatdı – YENİ VİDEO

Avtobus qəzalarının əksəriyyəti sürücülərin səhlənkarlığı, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları və ya, ümumiyyətlə, qaydalardan xəbərsiz olmaları ucbatından baş verir. Cars-az-ın təqdim etdiyi bu qəza videosundda olduğu kimi.

Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza doğrudan da gözlənilməz idi. Çünki bura yolun hərəkət hissəsi yox, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «McDonalds»ın qarşısında avtobus dayanacağıdır. Burada hərəkət o qədər də intensiv deyil. Kadrlardan da görünür ki, ərazidə sıxlıq müşahidə olunmur. Aşağı sürətlə hərəkət edən avtobusun sürücüsünün birdən-birə qaz verməsi, nəqliyyat vasitəsini səkiyə çıxarıb aşırması başadüşülən deyil. Çox güman ki, sürücü ya yuxulu olub, ya da fikri başqa yerdə imiş.

Avtobusun qəfil aşması ətrafdakıları qorxudur. Çünki avtobus aşan kimi yanacaq çəni deşilir və benzin axmağa başlayır. Buna baxmayaraq, bir neçə nəfər avtobusun üstünə çıxaraq qapıları açmağa çalıhır. Bəziləri isə benzin axdığını görən kimi geri qayıdır. Avtobusdakı sərnişinlər pəncərədən çıxmağa cəhd edirlər.

Elməddin

Dostlarınla paylaş