Polat Ələmdar yol qəzası keçirdi

"Kurtlar vadisi" serialında Polat Ələmdar rolunu canlandıran Necati Şaşmaz ağır yol qəzası keçirib. Məlumatına görə, aktyorun filmin növbəti seriyasının çəkilişləri zamanı idarə etdiyi avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində yaralanan Necati Şaşmaz xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsi zamanı məlum olub ki, aktyorun çənəsi sınıb. Necati Şaşmaz əməliyyata alınıb. Aktyorun həmkarları xəstəxanaya onun ziyarətinə gəliblər.

Fidan

Dostlarınla paylaş