Hara girirsən ay ... – QƏZALARDAN YENİ VİDEO

Hara girirsən ay ... – QƏZALARDAN YENİ VİDEO

Cars-az saytı Bakıda baş vermiş daha iki yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəzaların hər ikisi eyni küçədə baş verib. Elə hər iki qəzanın da səbəbi təxminən eynidin – başqasının yoluna çıxmaq. Adama deyərlər, sənin başqasının yolunda nə işin var? Başqalarının yoluna çıxırlar, özlərini bilməməzliyə qoyurlar, ya da doğrudan da nə etdiklərini bilmirlər. Sürücülərdən biri yolayrıcını keçə bilmir, digəri isə göz görə-görə əks yola çıxıb qarşıdan gələn maşınla toqquşur.

İki saniyə səbr edə bilməyənlərin başına gələnlərlə tanış olmaq üçün bu videonu mütləq izləyin.

Elməddin

Dostlarınla paylaş