Avtomobillər niyə yanır?

Son zamanlar ölkə yollarında hərəkətdə olan avtomobillərin yanması halları artıb. Sonuncu belə hadisə gecə Bakıda baş verib. Bəs avtomobillərin yanmasına səbəb nədir? Mütəxəssislər məsələni aydınlaşdırdı.

Mütəxəssislər əlavə avadanlıqlardan tutmuş köhnəlmiş hissələrə qədər bir çox amilin yanmağa səbəb ola biləcəyini bildirir. Ən geniş yayılmış səbəb isə məhz ksenon lampalardır. Texniki məsləhətçi Elçin Abbasov məsələni belə izah edir: “İşıqlandırma cihazlarında tutaq ki, duman əleyhinə işıqlarda çox vaxt ksenon lampalardan istifadə edilir. Bu lamplardan istifadə edildikdə onun doğru seçilməməsi nəticəsində yanma halları baş verə bilər. Məsələn baxın gördüyünüz bu lampa 35 vat-a hesablanmış bir lampadır bunun əvəzinə 75 vat-lıq ksenon lampadan istifadə edilib.”

Hətta avtomobilə düzgün quraşdrılmayan əlavə səs siqnalları da yanğına yol aça bilər. Avtomobildə ən təhlükəli yanğın isə yanacaqdan yaranan hesab edilir: «Yanacaq sisteminə diqqət yetirmək lazımdır gördüyünüz kimi bunlar yanacaq borularıdır. Yanacaq boruları normal üstündə heç bir çıxıntı və deşilmə olmamalıdır və bütün yanacaq sistemi germetik olmalıdır».

Bir çox halda avtomobillərin qısa qapanmadan yandığı məlum olub ki, mütəxəsisslər bunu qoruyuculardan düzgün istifadə etməməklə əlaqələndirir. Bəzi sürücülər tez tez xarab olan qoruyucuları daha güclüləri ilə əvəz edir ki, bu da doğru deyil: “Əsasən avtomobildə qoruyucalara fikir vermək lazımdır . Qoruyucular öz ölçülərinə görə doğru olmalıdılar. Bütün avtomobillərdə qoruyucuların həm üzərilərində, həm də onların yerləşmə yerlərində onun ölçüsü barəsində məlumat yazılıb. Fikir vermək lazıdımdır ki bu uyğun olsun.”

Böyük ziyanlardan qaçmaq üçün isə avtomobilləri tez texniki baxışdan keçirmək məsləhət görülür. xəzərxəbər

Dostlarınla paylaş