"Nissan" şirkəti erməni porno ulduzla məzələndi

Yaponiyanın avtomobil nəhəngi "Nissan" şirkəti erməni porno-ulduz Kim Kardaşyanın ABŞ-ın "Paper" jurnalı üçün çəkdiyi çılpaq fotolarla məzələnib. Anspress-in məlumatına görə, Kardaşyanın çəkdiyi şəkillərə cavab olaraq "Nissan" "Twitter" səhifəsində 2015-ci ilin modeli olan GT-R Nismo avtomobilinin arxadan çəkilmiş fotoşəkilinin üzərinə "Bizimki daha böyük" yazısı qoyulub. Bundan dərhal sonra şirkət başqa bir tvitdə "Kim Kardaşyana pis bir xəbərimiz var" mesajını verməklə yanaşı Kardaşyan və "Paper"ın yaydığı çılpaq fotolarını paylaşıb. "Nissan"ın paylaşdığı fotoda avtomobil baqajının üzərinə qoyulmuş şampan qədəhi diqqət çəkib.

Qeyd edək ki, erməni porno-ulduzun çəkdiyi çılpaq fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Dostlarınla paylaş