Avtobusda şok xidmət

Hər kəsin yaxşı tanıdığı “İkarus” markalı avtobusu qeyri adi hala salıblar. Anspress-in məlumatına görə, peterburqli ustalar köhnə avtobusdan müasir avtobus bar düzəldiblər. Ustaların yeni dizayn verdikləri “İkarus” tanınmaz hala düşüb. Yeni avtobusa müasir işıqlandırma sistemləri vurulub. Müştərilərin rahatlığını təmin etmək üçün avtobusun içərisinə yumşaq, dəri üzlü oturacaqlar qoyulub. Bar üçün avtobusun içərisinə bar stol və stulları da qoyulub.

Avtobusun içərisində bir neçə iri monitorlar quraşdırılıb. Eyni zamanda DJ-lər üçün səsgücləndirici avadanlıqları da yerləşdirilib.

Dostlarınla paylaş