Sevgilisini maşınının baqajında keçirmək istədi, tutuldu

Rusiyalı sərhədçilər vətəninə yollanan finlandiyalı qadının avtomobilinə baxış keçirərkən, baqajda şəxsi əşyalar altında Türkiyə vətəndaşını aşkarlayıblar. Lent.az-ın məlumatına görə, bu barədə Sankt-Peterburq və Lenin vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin mətbuat xidməti xəbər yayıb. Qadın bildirib ki, onu belə hərəkətə türkə olan sevgisi vadar edib. Finlandiyalının sözlərinə görə, onlar artıq münasibətlərini rəsmiləşdiriblər. Bununla belə, Türkiyənin 37 yaşlı vətəndaşı saxlanılıb. Ona qarşı cinayət işi qaldırılıb. Baqajda gizlənən şəxsi 2 ilədək həbs və ya 200 min rubl cərimə gözləyir. Onun 55 yaşlı sevgilisinə isə cinayəti törətməkdə vasitəçilik etmə maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Türkiyə vətəndaşı Avropada işləmək istəyib. Lakin sevgililərin planı Rusiya sərhədçiləri tərəfindən pozulub.

Dostlarınla paylaş