“Premium Euro-95” və “Euro-98” “Euro-5” standartına uyğundur”

Azərbaycana yeni gətirilən “Premium Euro-95” markalı benzininin laboratoriya analizləri aparılıb. Bunu bu gün Xəzər Avropa Klubunun (CEİBC) təşkil etdiyi görüşdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. O bildirib ki, ölkəyə yeni gətirilən “Premium Euro-95” və “Euro-98” benzin markalarının “Euro-5” ekoloji standartının tələblərinə uyğun olduğu barədə ona məlumat verilib: “Euro-92” benzini isə Azərbaycanda istehsal olunur. Bu benzin də bizim hazırladığımız standarta uyğun gəlir”.

Elçin

Dostlarınla paylaş