Bakının mərkəzində yerüstü piyada keçidi tikilib - MARAQLI

Bakıda yeni piyada keçidinin tikintisi başa çatmaq üzrədir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, Nərimanov rayonu ərazisində, Atatürk prospekti 47 ünvanında tikilən piyada keçidində hazırda son-tamamlama işləri görülür: “Keçidin uzunluğu 86, eni 3,5, yerdən hündürlüyü isə 6,5 metr olacaq. Sakinlərin rahatlığını təmin etmək üçün 4 eskalator da quraşdırılır. Hazırda yerüstü keçidə tavan və elektrik işləri görülür. Bundan sonra sürüşkənliyin qarşısını almaq məqsədi ilə keçid yanmış mərmərlə döşənəcək”. Keçidin may ayının sonu, iyunun əvvəllərində istismara verilməsi planlaşdırılır.


Emin

Dostlarınla paylaş