Canlarını təhlükəyə atan sürücülər oxusun!

Canlarını təhlükəyə atan sürücülər oxusun!

İldən-ilə yollarımızda hərəkət daha da intensivləşir. Gündəlik həyatımızda əhəmiyyətli yer tutan avtomobillərin sayı durmadan artır və bu proses cəmiyyətin inkişafının ayrılmaz hissəsinə çevrilib. Amma ürək ağrısı ilə qeyd etməliyik ki, yol nəqliyyat hadisələrinin sayı da artmaqda davam edir. Hər gün ölümlə nəticələnən nə qədər yol-qəza hadisələri baş verir, nə qədər insan ölür, yaralanır. Hələ mən maddi dəyən ziyanı demirəm. Bunların da səbəbkarı əksər sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, sürət həddini aşmasıdır. Necə təbliğat aparmaq lazımdır ki, sürücülərdə vicdan hissi oyansın, məsuliyyət hissi artsın? Axı hər kəs sükan arxasına oturarkən başqalarının taleyi barədə azacıq da olsa düşünsə qəzaların sayı da azalar. Axı hər kəs bilməlidir ki, sükan arxasında olarkən qaydalara əməl etmək həm də onun özünün həyat və sağlamlığı üçün önməlidir.

Həm özlərinin, həm də yoldakı digər vətəndaşların canlarını təhlükəyə atan sürücülər! Sürət həddinin aşmağın nə mənası var? Canınıza, malınıza heyif deyilmi? Həyat gözəldir. Həyatın şirin yerindəcə heç kimin arzularını yarıda qoymayın. İmkan verməyin ki, yaxınlarınızın, sizi gözləyənlərin göz yaşı üzlərini yandırsın.

Rauf Əliyev.

gələcəyin yol polisi

Dostlarınla paylaş