YENI SUAL və 20 manatlıq kupon; sürücü nə etməlidir?

YENI SUAL və 20 manatlıq kupon; sürücü nə etməlidir?

Cars-az saytı bu həftənin yeni sualını təqdim edir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir; minik avtomobilinin sürücüsü şəkildə gördüyünüz trayektoriya ilə hərəkət etmək üçün nə etməlidir?

a) yolayrıcında heç kəsə yol vermədən hərəkətini davam etdirməlidir;

b) yolayrıcına daxil olmadan hər iki piyadanın yolu keçməsini gözləməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;

c) qadın piyadaya yol verməli, daha sonra yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir;

ç) qadın piyadaya yol vermədən yolayrıcına daxil olaraq orada dayanmaqla kişi piyadaya yol verməli və yalnız bundan sonra hərəkətini davam etdirməlidir.

Xatırladırıq ki, suala hamıdan əvvəl ən dolğun və ən düzgün cavab verən şəxs qalib olacaq və sponsorun təqdim etdiyi mükafatı qazanacaq. Amma nəzərə alın ki, sadəcə ilk doğru cavab qalib olmaya bilər. Qalib olmaq üçün cavabınız imkan daxilində əhatəli (izahlı) olmalıdır ki, bunun təsadüfən düzgün olmadığına əmin olaq

Qeyd edək ki, artıq Cars-az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Cars-az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Oxucuların diqqətinə çatdıraq ki, sualın cavabları növbəti həftə açıqlanacaq. Suala ilk və doğru, ətraflı cavab verən şəxs mükafatı qazana bilər.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

Cars-az

Dostlarınla paylaş