Bakıda ilginc olay; qəzadan yayınıb qəzaya düşdü

Bu hadisə Bakının Rəşid Behbudov küçəsində baş verib. Cars-az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan qəzanın başvermə səbəbi də göz qabağındadır. Əslində, «Wolksvagen-Passt CC» markalı avtomobil öz yolu ilə hərəkət edərkən qəza şəraitinə düşür. Sürücü avtomobili sola qaçırıb qəzadan yayınmaq istədikdə başqa formada qəzaya düşür.

Göründüyü kimi, Rəşid Behbudov küçəsi nəqliyyatın intensiv hərəkət etdiyi bir yerdir. «Prado» markalı avtomobil qəflətən yolun sağından soluna təhlükəli manevr edir. Yəni, Rəşid Behbudov küçəsini kəsib keçməyə çalışır. Bu zaman «Passat»ın yoluna çıxır. Sürətlə hərəkət edən «Passat»ın sürücüsü «Prado» ilə toqquşmamaq üçün avtomobili sola çəkərkən səkiyə və işıq dirəyinə çırpılır. «Prado» yolu keçir və orada dayanır. Görünür, sürücü günahını başa düşüb. Qəzaya məhz o səbəb oldu…

Elməddin

Dostlarınla paylaş