Yollara belə nəzarət edirlər

Yollara belə nəzarət edirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi fəaliyyətilə bağlı hesabat verib. Mərkəzin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, hesabatla bağlı videoçarx təqdim olunub. Məlumatda bildirilir ki, NİİM təhlükəsizliyi, rahatlığı, effektivliyi, çevikliyi və ətraf mühitin qorunmasını təmin edən İntellektual Nəqliyyat Sistemi texnologiyası əsasında fəaliyyət göstərir. Bu texnologiya nəqliyyat informasiyasının birləşmiş şəbəkəsinə, nəqliyyatın monitorinqi və idarəedilməsinə, mövcud vəziyyətin təhlili imkan verir. Bundan başqa, mərkəzin xidməti qəzaların və hadisələrin qeydə alınmasına, avtomatik rejimdə göstərişlərin formalaşdırılmasına kömək edir.

Emin

Dostlarınla paylaş