Qızıldan hazırlanan ən bahalı avtomobil

Dünyanın ən bahalı maşını bəlli oldu. Cars-az-ın faktxəbər-ə istinadən verdiyi məlumata görə, “Mersedes McLaren”in qiyməti nə az, nə çox 10 milyon dollardır. Avtomobilin qiymətinin bu qədər yüksək olmasının səbəbi isə avtosalonun, disklərin, işıqlandırmanın, pedalların və bir çox yerlərin qızıldan olmasıdır. 999 at gücünə sahib olan “Mersedes McLaren” 3 saniyə ərzində 100 km sürət toplayır. 10 milyon dollarlıq bu avtomobilə “SLR McLaren qırmızı qızıl yuxu” adı verilib.

Dostlarınla paylaş