Daha velosipedinizi oğurlaya bilməyəcəklər

Üç Çili tələbəsi velosipedlərin oğurlanmasına qarşı mübarizənin orijinal üsulunu taparaq diqqət mərkəzinə düşüb. Anspress-in məlumatına görə, onlar iki təkərli nəqliyyat vasitəsinin yeni modelini ixtira ediblər. Bunu sadəcə oğurlamaq mümkün deyil. Velosipedin qıfılı onun çərçivəsinin özüdür. Tələbələr danışırlar ki, onların hədəfi pul qazanmaq olmayıb. İxtiraçıların sözlərinə görə, onlar özlərinin də rastlaşdığı problemin həllini tapmağa çalışıblar və müəyyən mənada nəyəsə nail olublar. Bu ixtira velosiped oğruluğunun qarşısını almağa kömək edəcək.

Dostlarınla paylaş