Bu ayaqqabılar sizə yol göstərəcək

Hindistanın “Ducere Technologies” startapı bu ay ağıllı “Lechal” ayaqqabısının satışlarına başlayır. Anspress-in məlumatına görə, bu ayaqqabı onun sahibinə GPS-in (peyk naviqasiya sistemi) köməyi ilə əvvəlcədən seçilmiş marşrut üzrə harada və nə zaman dönmək lazım gəldiyini bildirir. Ayaqqabının düzgün işləməsi üçün smartfon lazımdır, cihazla əlaqə “Bluetooth” modulu vasitəsi ilə həyata keçirilir. Güman edilir ki, “Lechal” smart ayaqqabısı ilk növbədə gözdən əlil və idmançılar üçün nəzərdə tutulub. Ondan necə istifadə etməyə gəldikdə isə, lazımi istiqamətin göstərilməsi üçün ayaqqabıya quraşdırılmış xüsusi qurğu vibrasiya yaradır və beləliklə sahibinə hərəkət istiqamətini dəyişdirmək haqda xəbərdar edir.

Qeyd edək ki, hələ 2011-ci ildən düşünülən bu ayaqqabının qiyməti təxminən 150 dollar dəyərindədir, şirkətin saytında iki rəngli (qırmızı və qara) bir model təqdim edilib.

Dostlarınla paylaş