Yeni sual; bu yolda traktoru ötmək olarmı?

avtosfer.az saytında sual-cavab layihəsi davam edir. Ötən həftə dairəvi hərəkətlə bağlı fotomateriala əsasən elan etdiyimiz suala çoxsaylı cavablar aldıq. Amma çox təəssüflər olsun ki, bəzi oxucularımız düşünmədən tez-tələsik cavab yazmışdı ki, bu da doğru cavab deyildi.

Əzizoxucular! Bu həftənin fotomaterialını və sualını sizlərə təqdim edirik. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan bu fotoda ötmə qaydaları izah olunur. Sual belədir; Sizcə, bu yolda "KamAZ" markalı avtomobili idarə edərkən bu traktoru ötmək olarmı?

Qeyd: Xahiş edirik, suala bir qədər izahlı şəkildə cavab verməyə çalışın. Cavabları bu materialın altında yaza və yaxud da [email protected] ünvanına göndərə bilərsiniz. Cavablar avtosfer.az saytında yerləşdiriləcək. Hər birinizə uğurlar arzulayırıq.

avtosfer.az

Dostlarınla paylaş