Sualın cavabı tapıldı; dairədə hərəkət üstünlüyü bu maşinındır

avtosfer.az saytının yol hərəkəti iştirakçıları arasında keçirdiyi həftəlik sual-cavab başa çatıb. Oxucularımıza təqdim etdiyimiz ilk fotomaterial dairənin keçilməsi ilə bağlı idi. Həmin fotomaterial yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunub və dairəvi hərəkətin fərqli bir formasını göstərir. Dairədə qırmızı və boz rəngli avtomobillər var. Sualımız bundan ibarət idi ki, bu dairədə hərəkət üstünlüyü hansı avtomobilə məxsusdur?

Suala cavablar həm avtosfer.az saytının özündən, həm poçtamızdan (info@avtosfer.az), həm də facebook sosial şəbəkəsindən göndərilib. Beləliklə, qeyd olunan ünvanlardan doğru cavab yaxan oxucuların adlarını açıqlayırıq. Doğru cavab yazanlar bunlardır;

Kənan - Hereket ustunluyu boz masinindir.

Ferid - Dairədə hərəkət üstünlüyü Boz rengde olan maşındadır.

Zaur Hasanov – 8 km. Mashin Bazarinda kiyol kimidir bu shekil Ustunluk daireye daxil olmaqda olan boz masinindir.

Rauf - Ustunluk daireye daxil olmaqda olan boz masinindir..Hem bas yoldadir hem de dairede olan qirmizi avtomobile yol ver nisani qoyulub

Sülhəddin Ələsov - Burada iki üstün cəhət var ki , boz rəngli avtomobil ustunluyə malikdir ,qırmızı rəngli avtomoblin qarşısında yol verin tələbi olan nişanın olması və boz rəngli avtomobilin baş yolda olması boz rəngli avtomobilin üstünlüyə malik olduğunu göstərir

Rashad - Daireye daxil olan avtomobil

Cavid Ismayilov - Üstünlük boz maşındadır.Boz maşının qaşısında 4.3 yəni dairəvi hərəkət haqqında məlumat nişanı,və 2.1 baş yol nişanı və baş yolun istiqamətinı göstərən məlumat lövhəciyi boz maşının hərəkət üstünlüyünə malik olduğunu göstərir.Nəzərə alsaq ki,boz maşın baş yolun istiqamətini göstərən əlavə lövhəcikdəki istiqamətdə hərəkətini davam etdirəcək.

Safar - Üstünlük boz maşındadır.

Gulnar - qirmizi

Elmir - Boz mashina

Farid - Sagdaki mashin ustunluye malikdir.

Safar Eyvazov - Üstünlük boz maşındadır.

Göründüyü kimi, bəzi oxucularımız suala geniş və izahlı cavab verib. Bəziləri isə qısaca yazıb. Bəs gəlin görək bu dairədə nə üçün hərəkət üstünlüyü boz rəngli avtomobilə verilməlidir?

«Yol hərəkəti haqqında» qanunun 42-ci maddəsinin XV hissəsində deyilir: Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Gördüyünüz şəkildə isə 2.1 və 2.4 nişanları tətbiq edilməklə dairəyə daxil olan yola baş yol statusu verilib, dairənin həmin yolla kəsişdiyi istiqamət isə ikinci dərəcəli yol hesab edilib. Ona görə də dairədəki qırmızı avtomobil 2.4 nişanının tələbinə əsasən, 1.13 nişanlanması qarşısında dayanaraq dairəyə daxil olan boz avtomobilə yol verməlidir. Bir sözlə, dairəyə daxil olan boz avtomobil üstünlüyünə malikdir.

Yeri gəlmişkən, Bakıda bu fotoda əks olunan mənzərəyə bənzər dairələr mövcuddur. Ən məşhur yer Azneft dairəsidir. 4-cü mikrorayon dairəsində də mənzərə eynidir. Lakin orada nişan çatışmazlığı var. Sürücülərə tövsiyyə edirik ki, həmin dairədə ehtiyyatlı olsunlar.



***

14.04.2014


avtosfer.az saytında yeni layihəyə start verilir. Hər həftə yol hərəkətinə aid müxtəlif suallarla oxucuların, xüsusən də, sürücü oxucuların bilik və bacarıqlarını yoxlayacağıq. Bu dəfə təqdim etdiyimiz fotomaterial yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunub və dairəvi hərəkətin fərqli bir formasını göstərir. Dairədə qırmızı və boz rəngli avtomobillər var. Sizcə, bu dairədə hərəkət üstünlüyü hansı avtomobilə məxsusdur?

Qeyd: Xahiş edirik ki, hansı nəqliyyat vasitəsinin üstünlüyə malik olduğunu yazdığınız təqdirdə, bunu əsaslandırmağa da çalışın. Bu həftənin qalibinin cavabı və fotosu avtosfer.az saytında yerləşdiriləcək. Hər birinizə uğurlar arzulayırıq.

Dostlarınla paylaş