Parketmə ilə bağl sualın doğru cavabı budur

Cars-az saytında sual-cavab layihəsi çərçivəsində elan etdiyimiz növbəti sualın cavabını diqqətinizə çatdırırıq. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan bu fotoda sual parketmə qaydaları ilə bağlı idi. Sual belədir; bu avtomobillərdən hansının sürücüsü durma (parklanma) qaydalarını pozub? Oxucuların diqqətinə çatdırırıq ki, cavablardan yalnız bu yazının alt hissəsində qeyd olunan cavabları təqdim edirik. Buyurun, oxucuların bilikləri ilə siz də tanış olun!

Cavablar;

Şahid - heç biri pozmayıb

Araz - Salam....Menim fikrimce A bendindeki mashin parklanma qaydasini pozub...

Ramal - A

Maarif - hər ikisi qaydanı pozub

Abasali - Əvvəla belə yerdə nəqliyyat vasitəsinin duracağa qoyma üsullu nişanla göstərilməlidir,amma bu yerdə nişan yoxdur bunuda nəzərə almaq lazımdırki göy rəngli avtomobilA yolun hərəkət istiqamətinin 1 zolağını tutduğu üçün qaydanı pozub

Mahir – İzahsız deyim. Heç biri qaydanı pozmuyub. İksidə tam düzgün park edib.

Çingiz - Bu şəkildə parklanmanı hansı qaydada edilməsini bildirən nişan yoxdur. Ona görə də heç bir sürücü parklanma qaydasını pozmayıb

Vugar - B pozub

Totu - A qaydanı pozub.

Arzu - parklanma parkinq niwani olan yerde mawin saxlamaqdir. Bele ki, burda mawini hansi formada saxlamaq ucun niwan yoxdu ve durma qaydasi pozulmayib.

Farid - Heç biri qaydanı pozmur.

Rufet - B varianti

Abdulla - A sehv saxlayib B kimi saxlanmalidir diger hereket istirakcilarinin hereketine mane olmasin

Rasim - Hech biri pozmayib. Park etmenin hansi shekilde etmeyini nishani yoxdu, demeli hem paralel hemde perpendikulyar saxlamaq olar

Rumiyye - B

Zahir - A avtomobili parklanma qaydasını pozub.Ona görə ki avtomobil yolun hərəkət hissəsində durub

İndiisə facebokkdanyazılancavablarlatanış olaq;

Maxir Qurbanzade · Heç biri pozmuyub.

NijatIsmkhanov · Parklanmaqaydas"nadairyolnişanı mövcudolmadığı aşikardır. Lakin "A" avtomobili sürücüsü faktiki parklanma ilə yolun hərəkət hissəsini tutğundan və orada hərəkət edəcək avtomobillərə qismən maneə yaratdığından parklanma qaydasını pozmuş hesab edilə bilər.Belə ki, "B" avtomobilinin sürücüsu faktiki parklanma ilə hərəkət zolağına maneə törətmir.

Elçin Bayramlı · Heç biri. Burada NV-nin duracaga qoyulma usulu ile bagli hec bir znak yoxdur. Ona görə də masinlari istenilen formada saxlamaq olar.

Tural Qafarzade · A. Cunki xettin her iki istiqametinde hereket var A masini saq zolaqdaki hereketi mehdudlasdiracaq sekilde aftomobili parking edib

Elvin Babayev · Her ikisi. Orda umumiyyetle parkinge icaze veran hec bir nishan yoxdu axi.

Murad Quliev · A səhv saxlayıb

Aslan Sadraddinov · B

Doğru cavab isə budur: Gördüyünüz şəkildə dayanmanı və durmanı (parklanmanı) qadağan edən heç bir nişan və ya bunun qadağan olunduğu heç bir vəziyyət yoxdur. Digər tərəfdən, həmin yerdə parklanmanın üsulunu göstərən heç bir nişan və ya nişanlanma xətti də yoxdur. Ona görə də gördüyünüz avtomobillərdən heç birinin sürücüsü durma (parklanma) qaydalarını pozmur. Cavablardan isə aydın olur ki, əksəriyyətimiz hələ də elemenğar yol hərəkəti qaydalarını bilmirik. Elə isə Cars-az saytında öyrənməyə davam edək.

Sorğuda iştirak edən hər kəsə təşəkkür edirik.

Cars-az

Dostlarınla paylaş