Avtomobili qaçırıb qəza törətdilər

Bakıda qaçırılmış avtomobillə qəza törədilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 7-nə keçən gecə, İ.Hacıyev küçəsindən Xıdır Vəliyevə məxsus «VAZ-2103» markalı avtomobil qaçırılıb. Saat 03:45 radələrində Bakı-Ələt yolunun 28-ci km-də Sahil qəsəbəsi ərazisində həmin avtomobil maneəyə dəymiş vəziyyətdə aşkar edilib. Binəqədi RPİ 4-cü PB və Qaradağ RPİ PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran şəxslər: Bakı sakinləri Sərxan Hüseynov və Məmməd Məmmədov tutulub. Müəyyən olunub ki, onlar sonuncu cinayətdən əvvəl də iki dəfə avtomobil qaçırıblar.

Dostlarınla paylaş