Sürücülərin işi asanlaşır

Gələcəkdə parkomatlardan kart vasitəsilə ödəniş etmək mümkün olacaq. Müvəqqəti duracaqlardan istifadəyə görə artıq telefon və elektron kartlarla da ödəniş etmək mümkün olacaq. Hazırda sürücülərin 80 faizi özləri parkomatlardan istifadə edə bilirlər. Çətinlik çəkənlərə orada olan nəzarətçilər kömək edir. Amma elektron kartlarla ödəniş sistemi tətbiq olunduqdan sonra bu problem də öz həllini tapacaq və heç kimin nəzarətçilərin köməyinə ehtiyacı qalmayacaq. Hər kəs rahat pulunu ödəyib maşınını saxlayacaq.

Avtonəqliyyat İdarəsinin əməkdaşı Rüstəm Həsənəliyev sürücülərin rahat şəkildə kartı vurub pullarını ödəyə biləcəklərini dedi.

Ekspert Azər Allahverənovun sözlərinə görə, əgər nömrələrin avtomatik qeydiyyatı aparılarsa o zaman kart sistemi ilə ödəmə sürücülər üçün sərfəli ola bilər. Amma bu sistem tam halda tətbiq olunmazsa, müsbət nəticə gözləməyin xeyri yoxdur.

Həmçinin gələcəkdə kartların balansını elə parkomatlar vasitəsilə də yoxlamaq mümkün olacaq. Hazırda əsas çətinlik bəzi sürücülərin ödəniş etməkdən boyun qaçırmalarıdır. Amma əgər elektron kartlarla ödəmə olarsa, bu cür xoşagəlməz halların da qarşısı alınar. ANS

Dostlarınla paylaş